Türkiyə Silahlı Qüvvələri İraqın şimalı Qarada həyata keçirdiyi əməliyyatda 3 terrorçunu zərərləşdirib.
Manset.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Türkiyə Silahlı Qüvvələri terror təşkilatı PKK ilə mübarizəni davam etdirir.
Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, aprelin 6-da İraqın şimalında həyata keçirilən hava əməliyyatında daha 3 terrorçunun zərərsizləşdirildiyi müəyyən edilib.
Beləliklə, aprelin 6-da bölgədə zərərsizləşdirilən terrorçuların sayı 9-a yüksəlib.
Jalə
Manşet.az