Rusiya bu ölkələrə çağırış etdi

15:25 - 11 Aprel 2024

Rusiya bu ölkələrə çağırış etdi

Rusiya Yaxın Şərq ölkələrini vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün təmkinli olmağa çağırır.

 

Manset.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə aprelin 11-də brifinq zamanı Kremlin sözçüsü Dmitri Peskov bildirib.

O, aydınlaşdırıb ki, Rusiya hələ də İsrail və İran arasında eskalasiya səviyyəsinin azaldılmasına kömək etmək üçün heç bir müraciət almayıb. Kremlin sözçüsü həmçinin xatırladıb ki, Moskva İsrail ordusunun Suriyadakı İran konsulluğuna hücumunu sərt şəkildə pisləyib və bunu “beynəlxalq hüququn bütün prinsiplərinin pozulması” kimi qiymətləndirib.

Aprelin 1-də İsrail ordusu Suriyanın Dəməşqin cənub-qərbindəki İran konsulluğuna hücum edərək, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki generalı - Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Hacı Rəhimi, habelə onları müşayiət edən beş zabiti öldürüb. Bir gün əvvəl İsrail də Dəməşqin ətrafına zərbələr endirib, iki yerli sakin yaralanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az