Türkiyədə kişi bayram namazında öldü

16:28 - 11 Aprel 2024

Türkiyədə kişi bayram namazında öldü

Türkiyədə kişi bayram namazında dünyasını dəyişib.

 

Manset.az Lent.az-a istinadən xəbər verir ki, Bursanın İnegöl mahalının Yunus Əmrə rayonundakı Hüdai məscidinə bayram namazı qılmaq üçün gedən 70 yaşlı Ehliman Bayramın xütbə oxunan zamanı halı pisləşib.

Oturduğu yerdə yıxılan Bayrama məscid camaatı ilkin tibbi yardım göstərib. Xəbər üzərinə gələn həkim qrupları infarkt keçirdiyi müəyyən edilən Ehliman Bayrama ürək masajı edib.

Dayanan ürəyi yenidən işə salınan Bayram təcili yardımla aparıldığı İnegöl Dövlət Xəstəxanasında dünyasını dəyişib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az