Xarkov raket atəşinə tutuldu

16:39 - 11 Aprel 2024

Xarkov raket atəşinə tutuldu

Rusiya qüvvələri Ukraynanın Xarkov şəhərinə növbəti dəfə raket zərbələri endirib, şəhərdə yenidən partlayış səsləri eşidilib.

 

Manset.az Apa-ya istinadən xəbər verir ki, bu gün günortadan sonra Rusiya ordusu Xarkovu raket atəşinə tutub. Bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Şəhər meri İqor Terexov "Telegram" kanalında növbəti dəfə partlayışlar barədə məlumat verib və insanları diqqətli olmağa çağırıb.

Şəhərdə növbəti dəfə hava hücumu xəbərdarlığı elan edilib. Xarkov metrosu gün ərzində ikinci dəfə fəaliyyətini dayandırıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az