ABŞ səfirliyi işçilərinə İsrail daxilində aktiv hərəkəti qadağan etdi

09:14 - 12 Aprel 2024

ABŞ səfirliyi işçilərinə İsrail daxilində aktiv hərəkəti qadağan etdi

ABŞ-nin Qüdsdəki səfirliyinin əməkdaşlarına və onların ailələrinə İranın İsrailə qarşı cavab tədbirləri görmək təhdidləri fonunda böyük şəhərlərdən kənara çıxmaq qadağan edilib.

 

Manset.az Apa-ya istinadən xəbər verir ki, bu barədə diplomatik missiyasının saytında dərc edilmiş məlumatda deyilir.

“Təhlükəsizlik səbəbindən ABŞ hökuməti İsraildəki işçilərinə və onların ailə üzvlərinə növbəti bildirişə qədər Tel-Əvivdən, Qüdsdən və Beer-Şebadan kənarda şəxsi səyahətləri qadağan edilib”, - məlumatda deyilir.

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az