ABŞ-nin Qüdsdəki səfirliyinin əməkdaşlarına və onların ailələrinə İranın İsrailə qarşı cavab tədbirləri görmək təhdidləri fonunda böyük şəhərlərdən kənara çıxmaq qadağan edilib.
Manset.az Apa-ya istinadən xəbər verir ki, bu barədə diplomatik missiyasının saytında dərc edilmiş məlumatda deyilir.
“Təhlükəsizlik səbəbindən ABŞ hökuməti İsraildəki işçilərinə və onların ailə üzvlərinə növbəti bildirişə qədər Tel-Əvivdən, Qüdsdən və Beer-Şebadan kənarda şəxsi səyahətləri qadağan edilib”, - məlumatda deyilir.