Dünyanın ən çox milyonçu olan şəhəri məlum oldu

07:26 - 09 May 2024

Dünyanın ən çox milyonçu olan şəhəri məlum oldu

Nyu-York 2024-cü ildə dünyanın ən zəngin şəhərlərinin reytinqində lider olub.

 

Manset.az  xəbər verir ki, bu barədə “Bloomberg” “Henley&Partners konsaltinq” şirkətinin məlumatlarına istinadən yazır.

Şirkətin hesablamalarına görə, paytaxt sakinlərinin ümumi sərvəti 3 trilyon dolları keçib və hər 24-cü şəhər sakininin kapitalı 1 milyon dollardan çoxdur.

Araşdırmaya görə, Nyu-Yorkda 350 minə yaxın milyonçu var. Bu, təxminən hər 36-cı şəhər sakininin milyonçu olduğu 2013-cü illə müqayisədə 48% çoxdur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az