Təyyarə xarab oldu: Polşa prezidenti Qətərə uça bilmədi

18:13 - 13 May 2024

Təyyarə xarab oldu: Polşa prezidenti Qətərə uça bilmədi

Polşa prezidenti Anjey Duda Qətərə uça bilməyəcək.


Manset.az xəbər verir ki, buna səbəb təyyarədəki nasazlıq olub.

"Prezident Anjey Dudanın işgüzar səfərə getmək və iqtisadi forumda iştirak etməyi planlaşdırdığı Qətərə uçuşu təxirə salınıb. Prezidentin uçmalı olduğu təyyarədə cüzi nasazlıq yaranıb. Hazırda mütəxəssislər bunu aradan qaldırmağa çalışırlar", deyə bildirilir.

Qeyd olunur ki, təyyarə yaxın vaxtlarda təmir oluna bilməsə, başqa təyyarə ilə əvəz olunacaq.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az