Antalyanın Konyaaltı rayonunda meşəlik ərazidə yanğın başlayıb.
Manset.az "TRT Haber"ə istinadən xəər verir ki, meşəlik ərazidə naməlum səbəbdən yanğın baş verib.
Xəbərdarlıq üzərinə meşə işçi qrupları bölgəyə cəlb edilib.
Yanğına Antalya Meşə Region Müdirliyinə aid helikopter, 4 su çiləyicisi, 1 ilk müdaxilə maşını və çox sayda meşə işçisi müdaxilə edir.
Qruplar meşə yanğınını nəzarət altına almaq üçün işlərini davam etdirir.