Şumaxerin müalicəsinə pul çatdırmaq olmur - Arvadı kolleksiyasını bir-bir satır

10:38 - 17 May 2024

Şumaxerin müalicəsinə pul çatdırmaq olmur - Arvadı kolleksiyasını bir-bir satır

Formula 1-in əfsanəvi sürücüsü Mixael Şumaxer 10 il əvvəl xizək sürərkən baş verən qəzadan sonra komaya düşüb və xüsusi müalicəyə ehtiyac duyur.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, müalicə xərclərini ödəməkdə çətinlik çəkən Şumaxerin həyat yoldaşı Korinna o vaxtdan bəri ailə imperiyasının idarəçiliyini üzərinə götürüb.

Korinna ailənin bir çox qiymətli mülklərini yenidən satmalı olub.

İllik müalicə dəyərinin təxminən 7 milyon avro olduğu bildirilən Şumaxerin kolleksiyasından səkkiz xüsusi saatı ümumilikdə 4,1 milyon avroya satılıb.

  1. ci ildə Norveçdə bir ev və şəxsi təyyarə satan Korinna müalicə üçün 30 milyon avro xərcləyib. Daha sonra 2021-ci ildə İsveçrənin Gland şəhərindəki malikanəsini satan Korinna bundan 58,7 milyon avro qazanıb.

Əfsanə Rəcəb

Manset.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az