İranın Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivənd “Əl-Cəzirə” telekanalına açıqlamasında bildirib ki, İranda helikopter qəzasında həlak olan bütün şəxslərin cəsədlərini aşkar edib.
Manset.az xəbər verir ki, onun sözlərinə görə, cəsədlərin axtarışı başa çatıb: “Həlak olanların cəsədləri qəza yerindən Təbriz şəhərinə göndərilib”.