ABŞ dövlət katibi Antoni Blinken Konqresdə nazirliyin büdcəsindən danışarkən, bir fələstinli tərəfdar tərəfindən etiraz edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, etirazçı salonda “Qəzzanın qəssabı kimi xatırlanacaqsan” ifadələrini səsləndirib.
Təhlükəsizlik qüvvələri tərəfindən sürətlə zaldan çıxarılan etirazçı, "İsraillilər Hind Rəcəbi öldürəndə onun 6 yaşı vardı. Blinken... Qəzzanın Qəssabı kimi xatırlanacaqsan. Günahsızları fələstinliləri öldürməklə xatırlanacaqsan” deyib.
Əfsanə Rəcəb
Manşet.az