Sakit okeanın cənubunda yerləşən Papua Yeni Qvineyada torpaq sürüşməsi baş verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, baş verən sürüşmə nəticəsində 100-dən çox adamın öldüyü təxmin edilir.
Sürüşmə nəticəsində çoxlu evlər torpaq altında qalıb.
Sosial şəbəkələrdə yayılan videolarda dağın zirvəsindən qopan qaya kütləsinin yamacdakı torpağı sürüyərək kənddəki evlərin üzərinə qalaqlandığı görülüb.
Əfsanə Rəcəb
Manşet.az