General Hospitalın ulduz aktyoru Conni Vaktor Los-Ancelesdə avtomobilinin hissələrini oğurlamaq istəyərkən rastlaşdığı oğruların silahlı hücumu nəticəsində həyatını itirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hücum edənlər avtomobilə minərək qaçıblar.
Beləki, aktyor səhər saatlarında maşınına gedərkən avtomobilin hissələrini oğurlamağa çalışan 3 maskalı oğru ilə qarşılaşıb.
Hadisə zamanı aktyor güllələnib. Təcili olaraq xəstəxanaya çatdırılan Vaktoru bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.
Conni Vaktor 2020-2022-ci illər arasında General Hospitalın 164 seriyasında Brando Korbin obrazını canlandırıb.
Aktyorun ölümündən sonra serialın yayımlandığı ABC kanalının X hesabında edilən paylaşımda bu ifadələr yer alıb:
"Bütün General Hospital ailəsi Wactorun vaxtsız gedişinə görə çox təəssüflənir. O, çox özəl bir insan idi və onunla işləmək çox xoş idi”.
Əfsanə Rəcəb
Manşet.az