Fransa prezidenti Makron bu ölkəni təcili atəşkəsə çağırdı

18:00 - 27 May 2024

Fransa prezidenti Makron bu ölkəni təcili atəşkəsə çağırdı

İsrail ordusu dünən gecə Beynəlxalq Ədalət Məhkəməsinin hücumları dayandırma qərarına baxmayaraq Qəzza zolağının Rəfah şəhərində qaçqın düşən  fələstinlilərin çadırlarına hücum edib

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, hücum zamanı  qadın və uşaqların da olduğu ən azı 45 nəfər həyatını itirib.

Bu qətliamla bağlı Fransa prezidenti Emmanuel Makron X sosial media hesabında İsrailin Rəfahda törətdiyi qırğına reaksiya verib. 

Makron bildirib ki, İsrailin Birləşmiş Millətlər Təşkilatının Fələstin Qaçqınlarına Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) düşərgəsini bombalamasından "qəzəblənib".

Sözügedən hücumların dayandırılması lazım olduğunu vurğulayan Makron, Fələstinli mülki vətəndaşlar üçün Rafahda təhlükəsiz zonanın olmadığına işarə edərək, beynəlxalq hüquqa hörmət və dərhal atəşkəsə çağırıb.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az