Oktay Kaynarcanın baş rolda oynadığı "Ben Bu Cihana Sığmazam" serialı gələn həfdə finala çıxır.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, finaldan sonra Oktay Kaynarcanın yeni layihəsi bəlli olub.
“The Floor” adı ilə bütün dünyada reytinq rekordları qıran “Alan” adlı yarışmanı Oktay Kaynarca təqdim edəcək.
Bu günə qədər Floor, Hollandiya, İspaniya, Fransa, ABŞ, İtaliya, Almaniya, Ukrayna və Macarıstanda televiziyada yayımlanıb.
Jalə
Manşet.az