Türkiyəli sosial media fenomeni və məşhur aşpaz CNZ Burak şəxsi hesabında izləyicilərinə üsyan edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kann Film Festivalında qırmızı xalçadan keçən gənc fenomenin belə məşhur bir tədbirdə qonaq qismində iştirak etməsi böyük əks-səda yaradıb.
“Bir kababçının orda nə işi var?” kimi tənqidlərə məruz qalan və çoxlu mənfi rəylər alan CZN Burak mövzu ilə bağlı qısa açıqlama verərək, “Heç kimə bir yanlış və tərbiyəsizlik etmirəm. Amma niyə belə etdiklərini anlamıram” deyib.
Kann Film Festivalında premyerası olan "All We Imagine as Light" filmi qırmızı xalçaya qonaq qismində dəvət etdiyi CZN Burak "Bəyənsən də, bəyənməsən də! Türkiyədə ən çox izləyicisi olan hesab mənim" deyən fenomen, "Bəzi insanların niyə belə etdiyini anlamıram. Hazırda Türkiyədə ən çox izləyicisi olan Instagram hesabı mənimdi. Bəyənsən də, bəyənməsən də. Heç kimə bir tərbiyəsizlik etmirəm, bu gerçəyi dəyişdirə bilməzsiniz. Dəbət etdilər, gəldik, qırmızı xalıdan keçdik, film izlədik, mükafat aldıq, dönürük. Niyə belə etdiklərini başa düşə bilmirəm. Həqiqətən çox pis yorumlar rəylər yazılır. Niyə bu qədər incidirlər anlamıram” deyib.
Əfsanə Rəcəb
Manşet.az