Hadisənin çimərlik geyimində himn oxumasına keçmiş sevgilisi reaksiya verdi

12:51 - 29 May 2024

Hadisənin çimərlik geyimində himn oxumasına keçmiş sevgilisi reaksiya verdi

Məşhur türkiyəli müğənni Hadisənin keçən gün səhnədə parıldayan çimərlik paltarı ilə 10-cu İl Marşını oxumasından sosial şəbəkələrdə tənqidə məruz qalıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Hadisənin çimərlik geyimində himn oxumasına keçmiş sevgilisi Sinan Akçıl da səssiz qalmayıb.

Sinan Akçıl İnstagram sosial şəbəkə hesabında "Çıxdıq "alnı açıq" 10 ildə hər savaşdan” şərhini yazaraq resksiya verib.

Qeyd edək ki, Hadisə ilə Sinan Akçıl illər əvvəl eşq yaşayıb və qəfildən münasibətlərinə son qoymaq qərarına gəliblər. İkili 2011-ci ildə eyni vaxtda albom çıxarmış və aralarında poster gərginliyi də yaşamışdı. Ayrıldıqdan sonra vəziyyəti dəyişmək istəyən Hadisə öz posterini Sinan Akçılın evi ilə üzbəüz asdırmışdı.

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az