“Samsung” işçiləri tətil etdi

17:36 - 29 May 2024

“Samsung” işçiləri tətil etdi

Samsung Electronics-də çalışan minlərlə işçini təmsil edən həmkarlar ittifaqı iyunun 7-də bir günlük tətil edəcəklərini açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, həmkarlar ittifaqı şirkətin işçilərinə etinasızlıq göstərdiyi üçün tətilə qərar verdiklərini bildirib.

Beləki, Samsung Electronics 55 illik tarixində ilk dəfə belə bir vəziyyətlə üzləşib.

Həmkarlar ittifaqı Cənubi Koreyadakı bütün üzvlərindən iyunun 7-də ödənişli məzuniyyətə çıxmağı xahiş edib.

Həmkarlar ittifaqı əmək haqqının 6,5 faiz artırılmasını və şirkətin qazancına görə indeksləşdirilən bonus tələb edir.

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az