ABŞ-ın Kubada internet ilə bağlı dəyişiklik etdi

17:53 - 29 May 2024

ABŞ-ın Kubada internet ilə bağlı dəyişiklik etdi

ABŞ Maliyyə Nazirliyi Kubadakı özəl sektor sahibkarlarına ABŞ maliyyə sisteminə və bəzi internet-əsaslı xidmətlərə daxil olmaq imkanı verəcək tənzimləyici dəyişikliklər edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ Maliyyə Nazirliyindən verilən açıqlamada qeyd olunub ki, Kuba vətəndaşı olan müstəqil özəl sektor sahibkarlarına ABŞ-da bank hesabları, o cümlədən onlayn ödəmə platformaları açmaq və uzaqdan istifadə etmək icazəsi verilib.

Açıqlamada Kubalı sahibkarlara sosial media platformaları, video konfrans, oyun və e-təhsil platformaları, o cümlədən avtomatik tərcümə, veb xəritələr və autentifikasiya xidmətlərindən istifadə etməyə icazə veriləcəyi, Kuba mənşəli proqram və mobil tətbiqlərdən istifadə olunacağı bildirilib.

ABŞ-dan üçüncü ölkələrə ixracına da icazə veriləcək və bu, müstəqil şəkildə həyata keçiriləcək.

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az