Hindistanın paytaxtı Yeni Dehlidə bu il temperaturun rekord həddə çataraq 52,9 dərəcəyə yüksəlməsindən sonra ilk ölüm hadisəsi baş verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 40 yaşlı işçinin istidən öldüyü açıqlanıb.
Dehli Qubernatorluğundan verilən açıqlamada, tikinti sahələrinin su və kölgəli ərazilərin təmin edilməsi, yerli vaxtla saat 15.00-a qədər ödənişli məzuniyyət verilməsi ilə işçilərin qorunması istiqamətində tədbirlərin görülməsi ilə bağlı tapşırıq verilib.
Hindistan Meteorologiya İdarəsi bu gün Dehlidə temperaturun 36 dərəcə, hiss olunan temperaturun isə 37,8 dərəcə olduğunu bildirib.
Əfsanə Rəcəb
Manşet.az