İbrahim Tatlısəs israilli pərəstişkarlarına səsləndi

15:07 - 30 May 2024

İbrahim Tatlısəs israilli pərəstişkarlarına səsləndi

İsrailin Qəzzaya hücumlarına səssiz qalmayan türkiyəli məşhur müğənni İbrahim Tatlısəs israilli pərəstişkarlarına səslənib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatıan görə, İsrailin baş naziri Binyamin Netanyahunu “batan günəş” kimi xarakterizə edən Tatlısəs israilliləri baş verənlərə qarşı hərəkətə keçməyə çağırıb.

Tatlısəs İsraildəki pərəstişkarlarına səslənərək bunları deyib:

"İsrail Qəzzaya hücum etməzdən iki ay əvvəl İsrail xalqına ard-arda iki konsert verdim. Çünki oradakı insanlar məni çox sevirlər. İndi məni sevənlərə səslənirəm. Bu adam Netanyahu İsrail xalqını düşünmür, sırf öz eqosunu təmin etmək üçün günahsız insanlar ölürlər. Bütün dünya üsyanda olarkən, bütün İsrail xalqına səslənirəm, niyə üsyan etmirsiniz? Unutmayın, Netanyahu batan günəşdir, doğan günəş sizi aydınlığa götürər, özünüzə doğan günəş tapın”.

Əfsanə Rəcəb

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az