Uels şahzadəsi iyunda keçiriləcək mərasimə qatılmayacaq

17:44 - 30 May 2024

Uels şahzadəsi iyunda keçiriləcək mərasimə qatılmayacaq

Bir müddətdir xərçənglə mübarizə aparan və kimyaterapiya aldığı üçün bu prosesi ictimaiyyətin diqqətindən kənarda keçirən Uels şahzadəsi Kate Middleton iyun ayında keçiriləcək "Trooping the Colour ənənəvi məşqi olan "Colonel's Review”a qatılmayacaq.

 

Manset.azön xarici mediaya istinadən məlumatına görə, saray rəsmiləri bu gün verdiyi açıqlamada Katenin kemoterapi müalicəsini davam etdirdiyi üçün iştirak etməyəcəyini təsdiqləyiblər.

Bukingem sarayında Kral III Çarlz və Kraliça Kamillanın iyunun 15-də keçiriləcək Trooping the Colour tədbirində avtomobildə səyahət edəcəklərini və at sürməyəcəklərini açıqlayıb. 75 yaşlı Çarlz rəsmi ad günü paradında Ascot Landau avtomobilindən Kamilla ilə birlikdə əsgərləri salamlayacaq. Bu dəyişikliyin monarxın xərçəng müalicəsi aldığı üçün həkim məsləhəti ilə edildiyi anlaşılır.

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az