Türkiyədə bu şəxslərə TikTok qadağan edildi

18:54 - 30 May 2024

Türkiyədə bu şəxslərə TikTok qadağan edildi

Türkiyə hərbçilərinə TikTok sosial şəbəkəsindən istifadə qadağan edilib.

 

Manset.az  xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

TikTok-a qadağa Türkiyə parlamentinin Milli Müdafiə Komissiyasının təsdiq etdiyi Türkiyə silahlı qüvvələrinin üzvləri ilə bağlı bir sıra qanunlara dəyişiklik edilməsini nəzərdə tutan qanun layihəsində yer alıb.

Qeyd olunur ki, əsgərlər kazarma və əməliyyat bölgələrindən bəzi görüntüləri sosial mediada paylaşaraq təhlükəsizlik riskini gündəmə gətirib. İş yerlərində mobil telefondan istifadənin ciddi təhlükəsizlik problemləri yaratdığı diqqətə çatdırılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az