Nyu-Yorkda keçirilən “sus payı” məhkəməsində keçmiş ABŞ prezidenti Donald Tramp münsiflər heyəti tərəfindən bütün ittihamlar üzrə təqsirli bilinib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, cinayətdə təqsirli bilinən ilk ABŞ prezidenti kimi tarixə düşən Trampın mühakimə olunub-olunmayacağı iyulun 11-də keçiriləcək iclasda bəlli olacaq.
Bu vəziyyət Trampın prezident seçkilərinə girməsinə mane olmayacaq.
Digər tərəfdən, qərar verildikdən sonra Trampın ianə saytı trafikin artması səbəbindən çöküb.
Əfsanə Rəcəb
Manşet.az