“Krokus” teraktı ilə bağlı daha bir iş açılıb – İstintaqçılar üçün “yem yeri”

13:35 - 31 May 2024

“Krokus” teraktı ilə bağlı daha bir iş açılıb – İstintaqçılar üçün “yem yeri”

Moskva yaxınlığındakı "Crocus City Hall" konsert zalında törədilən terror aktından sonra müstəntiqlər yeni cinayət işi açıblar.

 

Manset.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

İş Rusiya Federasiyası Cinayət Məcəlləsinin 238-ci ("Təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi") maddəsi ilə açılıb. Lakin hələlik bu işdə şübhəli və ya müttəhimlər məlum deyil. Bu maddə ilə cəza 10 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

Qeyd edək ki, belə maddələrlə cinayət işinin açılacağı teraktdan bir-iki gün sonra Rusiya mediasında görünməyə başlamışdı, ancaq sonra bu mövzudan söhbətlər azaldı, yazılar yoxa çıxdı.

İndi belə bir cinayət işinin açılması bir çox müşahidəçilərə bu qənaətə gəlməyə əsas verib ki, Rusiya kimi korrupsiyalaşmış ölkədə bu, istintaqçılar üçün şəxsi sərvət toplama fürsətidir. Onlar bu yolla onsuz da milyonlarla zərərə düşmüş obyekt sahiblərindən külli miqdarda xərac almağı düşünürlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az