Məşhur müğənnin gitarasına sərvət ödəndi

22:25 - 31 May 2024

Məşhur müğənnin gitarasına sərvət ödəndi

Britaniyanın dünyaca məşhur “The Beatles” musiqi qrupunun üzvü Con Lennona məxsus “itmiş gitara” ABŞ-ın Nyu-York şəhərində keçirilən hərracda təxminən 2,9 milyon dollara satılıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə “Julien Auction House” tərəfindən açıqlama verilib.

Bildirilib ki, "The Beatles" musiqi qrupunun 1980-ci ildə öldürülən vokalisti Lennonun 50 ildir itən və çardaqda tapılan 12 simli akustik gitarası tapılıb.

Hərrac Evinin açıqlamasında gitara rekord qiymətə 2 milyon 857 min dollara satıldığı qeyd edilib.

Açıqlamada gitaranın 1965-ci ildə çıxan "Help" və "Rubber Soul" albomlarının çəkilişi zamanı istifadə edildiyi bildirilib.

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az