Amasiyada seldə qalan qadın taksi sürücüsü Tahsin Aydın tərəfindən xilas edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, həmin anlar mobil telefon kamerası ilə lentə alınıb.
Beləki, Amasyada iki gündür davam edən güclü yağış gündəlik həyata mənfi təsir etməkdə davam edir. Yağan leysan səbəbindən bir çox küçə və prospektlər gölə çevrilərkən, bəzi evlər və iş yerləri də su altında qalıb.
Sürücülər su basmış yollarda irəliləməkdə çətinlik çəkiblər.
Bu vaxt yolu keçmək istəyən qadını sel suları aparıb. Həmin vaxt taksi sürücüsü Tahsin Aydın suyun sürətini azaltmaq üçün avtomobilini qadının qarşısında saxlayıb.
Taksi sürücüsü suyun sürətini azaldıb və qadını sel sularından xilas edərək maşınına mindirib. Bu anlar yaxınlıqdakı vətəndaş tərəfindən mobil telefon kamerası ilə lentə alınıb.
Əfsanə Rəcəb
Manşet.az