Dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana “Göcekdə bilmədiyiniz şeylər baş verir” deyərək müraciət edən məşhur aktyor Erkan Petekkaya yeni video yayımlayaraq problemlərin həll olunduğunu bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, sayısız seriallarda yer alan aktyor bununla bağlı İnstagram hesabında paylaşım edib.
Bu gün yeni video yayımlayan Erkan Petekkaya Göcek marinasını icarəyə götürən şirkətin sahibi ilə görüşdüklərini və problemin həll olunduğunu açıqlayıb.
Əfsanə Rəcəb
Manşet.az