Meksikada qeyri-rəsmi nəticələrə görə, Klaudiya Şeynbaum yeni prezident seçilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, beləliklə, Meksika tarixində ilk dəfə qadın prezident seçilib.
Meksika Milli Seçki İnstitutunun məlumatına görə, hökumət yönümlü “Tarixi Birlikdə Yazaq” koalisiyasının namizədi Klaudiya Şeynbaum bülletenlərin 25 faizinin hesablanmasından sonra təxminən 57,3 faiz səslə liderlik edir. Onun əsas rəqibi "Meksika üçün güc və ürək" müxalifət alyansının namizədi Soçitl Halves 30 faiz səs toplayıb. Üçüncü yerdə qərarlaşan Vətəndaş Hərəkatı partiyasından Xorxe Alvares Maynes seçicilərin yalnız 10 faizinin etimadını qazanıb.
Əfsanə Rəcəb
Manşet.az