Portuqaliyada hərbi hava limanında keçirilən nümayiş zamanı iki təyyarə havada toqquşub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qəza nəticəsində bir pilotun öldüyü, digərinin isə yüngül yaralandığı qeyd edilib.
Tamaşaçılar tərəfindən lentə alınan və sosial mediada paylaşılan görüntülərdə nümayiş uçuşunda iştirak edən 6 təyyarədən birinin əvvəlcə səmaya endiyi, daha sonra digər təyyarə ilə toqquşaraq alovlanaraq yerə çırpıldığı görünüb.
Portuqaliyanın ən böyük hava şousu olan və iyunun 1-də başlayan Beja AirShow tədbiri qəzadan sonra dayandırılıb.
Əfsanə Rəcəb
Manşet.az