Myanma ordusu 60 min nəfəri orduya cəlb etməyi hədəflədiyini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu açıqlamadan sonra on minlərlə insan Taylanda qaçıb.
Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatının bəyanatına görə, mart ayında 120 min insan Myanmadan Taylanda qaçıb.
Qaçanların təxminən 60 faizinin özləri ilə heç bir sənəd götürmədiyi bildirilib.
Beləki, fevral ayında edilən məcburi hərbi xidmət elanından sonra səfirliklər qarşısında uzun növbələr yaranıb.
Ölkənin hər yerindəki fabrik və şirkətlərdə çalışanların bir qismi faktiki olaraq yoxa çıxıb. Sonradan məlum olub ki, həmin şəxslər Taylanda qaçıblar.
Tayland isə qeyri-qanuni girişlərin qarşısını almaq üçün sərhəd patrullarını artırıb.
Sərhəddə və ya içəridə tutulan qeydiyyatsız immiqrantlar Myanmaya geri göndərilib.
Tayland səlahiyyətliləri qeyri-qanuni giriş nömrələri haqqında məlumatı bölüşməkdən imtina edib.
Banqkok rəhbərliyi Myanmadakı xuntanın təzyiqi altında hərəkət etmədiklərini iddia edib.
Taylanda qeydiyyatsız daxil olan Myanmalı gənclərin sənədləri olmadığı üçün məktəbə gedə və ya rəsmi iş tapa bilmədiklərinə diqqət çəkilərək, onların əksəriyyətinin dəniz məhsulları və ya hazır geyim fabriklərində qeyri-qanuni yollarla işlədikləri bildirilib.
Əfsanə Rəcəb
Manşet.az