Dövlət Departamenti onlarla Gürcüstan vətəndaşına, o cümlədən hökumət, parlament üzvləri və onların qohumlarına qarşı viza sanksiyaları tətbiq etməyə, xarici agentlər haqqında qanunla bağlı əlavə tədbirlər görməyə hazırdır.
Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirilən növbəti brifinqdə Amerika Xarici Siyasət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.