Həcc ziyarəti zamanı 577 zəvvar həyatını itirdi

09:23 - 19 İyun 2024

Həcc ziyarəti zamanı 577 zəvvar həyatını itirdi

Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı həyatını itirən zəvvarların sayı 577-yə çatıb.
 

Manset.az Report.az-a istinadən xəbər verir ki, bu barədə “Frans Press” (AFP) agentliyi mənbələrə istinadən məlumat yayıb.

Adının açıqlanmasını istəməyən iki ərəb diplomat bildirib ki, ölənlərin 323-ü misirli, 60-ı iordaniyalıdır.

Bu il isə 23 Türkiyə vətəndaşı müqəddəs torpaqlarda həcc ziyarətini yerinə yetirərkən dünyasını dəyişib.

Qeyd edək ki, Azərbaycandan bu il Həcc ziyarəti üçün nəzərdə tutulan qiymətdə 669 manat artım olub. Belə ki, keçən il üçün ziyarət qiyməti 9 106 manat təyin edilmişdi. Bu il isə qiymət 9 775 manat təşkil edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az