Polşa Belarusla sərhəd məntəqələrini bağlamaq niyyətindədir

23:50 - 22 İyun 2024

Polşa Belarusla sərhəd məntəqələrini bağlamaq niyyətindədir

Polşa höküməti Belarusla sərhəddə bütün sərhəd-keçid məntəqələrinin bağlanması imkanlarını nəzərdən keçirir.

 

Manset.az xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski “TVN24” telekanalına müsahibəsində bildirib.

“Belarusun addımları ilə əlaqədar biz bütün sərhəd-keçid məntəqələrinin bağlanmasını nəzərdən keçiririk. Hazırda bunun Polşa iqtisadiyyatına təsir edib-etməyəcəyini nəzərdən keçiririk”, - XİN başçısı vurğulayıb.

İyunun 13-də Polşa Belarusla sərhəddə bufer zonası tətbiq edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az