Aralıq dənizində zəlzələ olub

18:54 - 07 İyul 2024

Aralıq dənizində zəlzələ olub

Aralıq dənizinin şərqində 4,1 maqnitudalı (Mw) zəlzələ olub.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi bildirib.

Qurumun verilənlərinə əsasən, yeraltı təkanların ocağı 6,97 km dərinlikdə yerləşib. Türkiyə vaxtı ilə 16:55-də (Bakı vaxtı ilə 17:55) qeydə alınmış təbiət hadisəsinin episentri Muğla şəhərinin Datça rayonundan 251,35 km cənubda olub.

Regionda sunami təhlükəsi barədə xəbərdarlıq edilməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az