"Apple" şirkəti 98 ölkədəki "iPhone" istifadəçilərini haker hücumları barədə xəbərdar edib.
Manset.az "TechCrunch"ə istinadən xəbər verir ki, bu, şirkətin 2024-cü ildə ikinci xəbərdarlığıdır.
Əvvəlki xəbərdarlıq aprel ayında olub və 92 ölkəni əhatə edib.
İstifadəçilərə göndərilən bildirişdə ""Apple" sizin "Apple ID"nizlə əlaqəli "iPhone"u uzaqdan pozmaq üçün nəzərdə tutulmuş məqsədyönlü casusluq hücumunun qurbanı olduğunuzu aşkar etdi" sözləri qeyd olunub.
Xatırladaq ki, şirkət 2021-ci ildən etibarən risk altında olan 150-dən çox ölkədəki istifadəçilərə mütəmadi olaraq oxşar bildirişlər göndərir.
Fidan Əliyeva
Manşet.az