TDT-yə üzv ölkələrin vahid əlifbasının olması təklif edildi

22:32 - 15 İyul 2024

TDT-yə üzv ölkələrin vahid əlifbasının olması təklif edildi

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) parlament sədri Zorlu Töre Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin xalqlarının yaxınlaşması üçün vahid əlifbanın qəbul edilməsinin zəruriliyini bəyan edib.

 

Manset.az xəbər verir ki, müvafiq təklifi Töre Lefkoşada Türkiyənin Kastamonu Universitetinin nümayəndə heyəti ilə görüşdə səsləndirib.

O xatırladıb ki, ŞKTC və Türkiyəni digərləri ilə yanaşı dil və əlifba birləşdirir. “Ümid edirəm ki, tezliklə bu cür körpüləri biz digər türk dövlətləri ilə də quracağıq”, – deyə Töre bildirib.

Parlament spikeri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin türk dünyasında konsolidasiya və birlik haqqında bəyanatlarını ümidverici adlandırıb.

“Türk dövlətlərinin bir hissəsi artıq ŞKTC-də istifadə edilən əlifbaya keçib. Bu, bizim ölkələrimizi birləşdirən vacib amildir. Bu istiqamətdəki səylər sürətləndirilməlidir, o cümlədən ictimai təşkilatlar səviyyəsində”, – deyə o qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az