İqlim böhranı günləri uzatdı

13:57 - 16 İyul 2024

İqlim böhranı günləri uzatdı

İqlim böhranı hər günün uzunluğunu artırıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, qütb buzlaqlarının əriməsi planetin fırlanmasını ləngidir və günlərin uzanmasına səbəb olur.

Bu, internet trafiki, maliyyə əməliyyatları və GPS naviqasiyası kimi dəqiq vaxt tələb edən sistemlərə potensial təsir göstərə bilər.

Bildirilib ki, insanların yaratdığı qlobal istiləşmə səbəbiylə Qrenlandiya və Antraktidada buz təbəqələrinin əriməsi yüksək enliklərdə yığılan suyun ekvator yaxınlığındakı dənizlərə yenidən paylanmasına səbəb olur. Bu, Yerin fırlanma sürətini yavaşladıb və günləri daha uzun edib.

 

Fidan Əliyeva

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az