Rusiya Telegram-ı 43 min dollar cərimələdi

15:35 - 13 Avqust 2024

Rusiya Telegram-ı 43 min dollar cərimələdi

Rusiya Telegramı bəzi məzmunlara girişi bloklamadığı üçün 43 min dollar, təxminən 80 min manat cərimələyib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Telegram-a qarşı açılan işə paytaxt Moskvada baxılıb.

Sözügedən platformada bəzi qadağan olunmuş məzmuna girişin bloklanmadığı üçün qanuna əməl olunmadığı qənaətinə gələn məhkəmə Telegram-ı cərimə ödəməyə məcbur edib.

Daha əvvəl də oxşar səbəblərə görə ölkədə Google və TikTok kimi müxtəlif xarici platformalar üçün cərimələr tətbiq edilmişdi.

 

Fidan Əliyeva

Manşet.az

 

Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az