Türkiyə əsgərləri NATO-nun ən Yaxşı Snayper Yarışmasında birinci yerə çıxdı - FOTO

17:59 - 15 Avqust 2024

Türkiyə əsgərləri NATO-nun ən Yaxşı Snayper Yarışmasında birinci yerə çıxdı - FOTO

Almaniyada keçirilən Avropanın Ən Yaxşı Snayper Komandası Yarışmasında Türkiyəni təmsil edən Xüsusi Təyinatlı və Quru Qoşunlarının şəxsi heyəti yarışı birinci və ikinci yerdə başa vurub.

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 5-11 avqust 2024-cü il tarixləri arasında  Hohenfels şəhərində NATO-ya üzv olan 19 ölkədən 36 komanda Avropanın ən yaxşı snayper komandası olmaq üçün mübarizə aparıb.

Almaniyanın ev sahibliyi etdiyi yarışda Türkiyədən 2 komanda iştirak edib.

Hər il keçirilən və günlərlə davam edən yarışda snayper bölmələri quruda naviqasiya, təkmil atıcılıq, tibbi simulyasiyalar və bir çox sahələrdə sınaqdan keçirilir.

Avropanın Ən Yaxşı Snayper Komandası Yarışmasında Türkiyə Quru Qoşunları komandası 1-ci, Türkiyə Xüsusi Təyinatlı Qüvvələri komandası isə 2-ci yerdə qərarlaşıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az