Ukrayna qoşunları Rusiyada 1-3 km irəliləyib

01:30 - 17 Avqust 2024

Ukrayna qoşunları Rusiyada 1-3 km irəliləyib

Ukrayna qoşunları Rusiyanın Kursk vilayətində daha 1-3 kilometr irəliləyib.

 

Manset.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski Prezident Volodimir Zelenski ilə görüşdə bildirib.

“Qoşunlar bəzi istiqamətlərdə 1-3 km məsafədə düşmənə doğru irəliləyir. Bütün cəbhə xəttində döyüşlər davam edir. Ümumilikdə vəziyyət nəzarət altındadır”, - o əlavə edib.

Sırski, həmçinin Ukrayna sərhədindən təxminən 11,5 km aralıda yerləşən Malaya Loknya kəndi ərazisində döyüşlərin getdiyini və rus əsgərlərinin əsir götürüldüyünü bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az