Futbol meydançasında 11 yaşlı uşağı bıçaqlayaraq öldürdü

20:21 - 18 Avqust 2024

Futbol meydançasında 11 yaşlı uşağı bıçaqlayaraq öldürdü

İspaniyanın Mosexon şəhərində maskalı kişi qəfil uşaqların oynadığı futbol meydançasına daxil olub.

 

Manset.az xəbər verir ki, bu barədə İtaliyanın RTVE Dövlət Telekanalı məlumat yayıb.

Maskalı naməlum şəxs meydançada 11 yaşlı uşağa bir neçə bıçaq zərbəsi endirib, daha sonra qaçıb. Təcili yardım briqadası hadisə yerinə gələndə artıq uşağın həyatını itirdiyi məlum olub.

Hazırda polis cinayətkarı axtarır.

Hadisənin motivi hələ məlum deyil.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az