Bu ölkədə 7,3 milyondan çox insan qaçqın vəziyyətinə düşdü

08:00 - 19 Avqust 2024

Bu ölkədə 7,3 milyondan çox insan qaçqın vəziyyətinə düşdü

Qərbi Afrikada 7,3 milyondan çox insan silahlı münaqişələr və təbii fəlakətlər nəticəsində qaçqın vəziyyətinə düşüb.

"

Manset.az “The Guardian” qəzetinə istinadən xəbər verir ki, bunu Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin (ECOWAS) Komissiyasının sədr müavini Damtien Çinçibija deyib.

Onun sözlərinə görə, hazırda ECOWAS ölkələrində münaqişələr, zorakılıqlar və təbii fəlakətlər səbəbindən 7 milyon 337 min insan məcburi köçkün vəziyyətindədir.

ECOWAS-ın sədr müavininin sözlərinə görə, assosiasiya ölkələrində mövcud vəziyyət davam edən hərbi münaqişələr səbəbindən humanitar problemlərin kəskinləşməsi ilə xarakterizə olunur. Bütün bunlar, xüsusən Sahel və Çad gölü hövzəsində kütləvi köçə səbəb olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az