Rusiyanın Kirov şəhərində 49 yaşlı Olqa Erşova ad günündə paraşütlə tullanma zamanı 2650 fut hündürlükdən tullanarkən paraşütü açılmadığı üçün yerə yıxılaraq dünyasını dəyişib.
Manset.az bu barədə xarici mediaya isitinadən xəbər verir.
Məlumata görə, Olqa xəstəxanaya yerləşdirilib və ona ağır sınıq diaqnozu qoyulub. Əvvəlcə möcüzəvi şəkildə sağalmağa başlayıb, hətta qohumu onun yataqdan qalxa bildiyini söyləyib.
Lakin onun vəziyyəti pisləşib və dünyasını dəyişib. Xəstəxana onun yıxılaraq aldığı xəsarətlərdən öldüyünü təsdiqləyib.

Fidan Əliyeva
Manşet.az