Azərbaycanın paytaxtı Bakıda rusiyalı jurnalistlərə açıqlama verən Kremlin xarici siyasət müşaviri Yuri Uşakov Ukrayna ilə danışıqlar barədə açıqlama verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna ilə bağlı sülh təkliflərini ləğv etmədiklərini bildirən Uşakov, Kurskdakı vəziyyətə görə indiki mərhələdə danışıqlar apara bilməyəcəklərini bildirib. Uşakov Ukrayna əsgərlərinin avqustun əvvəlində Kursk bölgəsinə daxil olduğuna diqqət çəkərək deyib:
"İndiki mərhələdə sözügedən avantüranı (Kurskdakı vəziyyəti) nəzərə alaraq, danışıqlar aparmayacağıq. Bizim sülh təklifimiz ləğv edilməyib. Hazırda danışıqlar aparmaq məqsədəuyğun deyil".
Fidan Əliyeva
Manşet.az