İsrail tərəfi Qəzza zolağında atəşkəs məsələsində Fələstinin HƏMAS hərəkatı ilə fikir ayrılıqlarını azaltmaq üçün ABŞ-nin yeni təklifini qəbul edib.
Manset.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İsraildə səfərdə olan ABŞ dövlət katibi Antoni Blinken deyib.
"Bu gün [İsrailin] Baş naziri Benyamin Netanyahu ilə çox məhsuldar görüş zamanı o, mənə təsdiqlədi ki, İsrail [ixtilafların] aradan qaldırılması təklifini qəbul edir və dəstəkləyir. İndi HƏMAS da eyni addımı atmalıdır", - deyə A.Blinken bildirib.