ABŞ-nin keçmiş prezidenti, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp yeni açıqlaması ilə gündəmə gəlib.
Manset.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
Belə ki, ABŞ-nin Pensilvaniya ştatında keçirilən seçki kampaniyası zamanı mətbuata açıqlama verən Tramp bildirib ki, seçkilərdə qalib gələrsə, İlon Maskı nazir və ya müşavir təyin edəcək.
Xatırladaq ki, ötən həftə İlon Mask Donald Trampla müsahibəsi zamanı Ağ Evin rəhbəri seçiləcəyi təqdirdə onu ABŞ Dövlət Departamentində vəzifəyə təyin etməsini istəmişdi.
Fidan Əliyeva
Manşet.az