Avropa Komissiyasının Sağlamlıq Təhlükəsizliyi Komitəsi Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) ilə görüşdən sonra bildirib ki, meymunçiçəyi (mpox) riskinin qarşısını almaq üçün sərhəd nəzarəti tətbiq etməyə və ya virusa qarşı blok miqyasında peyvənd tətbiq etməyə ehtiyac yoxdur.
Manset.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
"Bu vəziyyət Avropada fövqəladə hal hesab edilməməlidir" deyən Avropa Komissiyasının sözçüsü bildirib ki, müəyyən qruplar üçün peyvənd tövsiyələri hələlik qüvvədə olsa da, bunun ümumi əhaliyə tətbiq olunmasına ehtiyac yoxdur.
Xatırladaq ki, virusla bağlı qlobal fövqəladə vəziyyət bundan əvvəl 2022-ci ildə elan edilmişdi.
Bu dəfə epidemiya daha ağır xəstəliklərə səbəb olduğu düşünülən “Klad I” kimi tanınan virusun alt növündən qaynaqlanır.
Fidan Əliyeva
Manşet.az