İranın "ChatGPT" hesabları bloklanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb ABŞ-nin qarşıdan gələn prezidentlik kampaniyası ilə bağlı sosial media saytlarında saxta xəbərlər yaymaqda İranı ittiham etməsidir.
Süni intellekt təşkilatı "X"-də cəmi 12 hesabın və Instagram-da 1 hesabın bu əməliyyatda iştirak etdiyini aşkarladığını açıqlayıb.
Bu hesablarda ABŞ-də keçirilən prezident seçkiləri ilə yanaşı, şərhlərdə Qəzzadakı münaqişə, İsrailin Olimpiadada iştirakı və digər saxta siyasi məsələlər işıqlandırılıb.